İranın Hörmüz boğazı yaxınlığında yerləşən Keşm adasına ABŞ tərəfindən zərbələr endirilib.
Manset.az-ın xarici mediaya istinadən əldə etdiyi məlumata görə, Hörmüzqan Tibb Elmləri Universiteti hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Keşm adasında yaşayış evlərindən birinə endirilən zərbə nəticəsində ana, ata və onların 2 yaşlı övladı həyatını itirib. Yaşı 10-dan az olan daha iki uşaq isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməyib.