Yaponiyanın Kumamoto əyalətində çərşənbə axşamı baş verən 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 30 nəfərə yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Yaponiya 7,1 bal gücündə zəlzələnin fəsadlarını aradan qaldırmağa çalışarkən, ölənlərin sayının artdığı açıqlanıb.
Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, zəlzələ nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb.
Takaiçi Kumamoto əyalətində yerli fövqəladə hallara müdaxilə mərkəzinin yaradılacağını qeyd edib. O, aidiyyəti qurumlara müraciət edərək bildirib:
"Bütün nazirliklərin və əlaqədar qurumların bu mərkəz vasitəsilə yerli hakimiyyət orqanları ilə sıx əməkdaşlıq etməsini, zəruri ləvazimatların bölgəyə çatdırılması, eləcə də elektrik və su kimi infrastrukturun bərpası üçün bütün imkanlardan istifadə etməsini xahiş edirəm".