Güclü küləklərin təsiri ilə genişlənən meşə yanğınlarının turizm məkanları və kəndlər üçün təhlükə yaratması səbəbindən Yunanıstanın Krit adasında minlərlə insan təxliyə edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Retimnoda gecə saatlarında təxminən 8000 nəfər təxliyə edilib. Küləyin sürəti saatda 125 km-ə çatıb.
Təxliyələr çərşənbə günü adada iki yanğınsöndürənin Krya Vrysi yaxınlığında tələyə düşərək ölməsindən, üçüncüsünün isə Peloponnes liman şəhəri Githeio yaxınlığında ölməsindən sonra baş verib.
Yunanıstan, qitədə həddindən artıq yüksək temperaturun yaşandığı bir çox Avropa ölkəsi arasında dağıdıcı yanğınlar və quraqlıqlarla üzləşən ölkələr arasındadır.
Meteoloqlar xəbərdarlıq edirlər ki, yanğına meylli şərait bu həftə Avropanın mərkəzinə doğru yayılacaq, ən çox təsirlənən yerlər arasında Yunanıstan və Türkiyə olacaq.