logo
logo logo
logo

19 yaşlı qız motosiklet qəzasında öldü

14:13 - 30 İyul 2026

19 yaşlı qız motosiklet qəzasında öldü

Balıkesirin Erdek rayonunda motosikletlə vakuum maşınının toqquşması nəticəsində 19 yaşlı Nazlıcan Çetinkaya həyatını itirib.


Manset.az türk mediasına istinadən xəbər verir ki, hadisə saat 09:00 radələrində Ocaklar–Narlı yolunda baş verib. Nazlıcan Çetinkayanın idarə etdiyi motosiklet idarəetmədən çıxaraq sürüşüb və əks istiqamətdən gələn Ufuk Y.-nin idarə etdiyi vakuum maşınının altına girib.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Həkimlər 19 yaşlı gənc qızın hadisə yerində öldüyünü müəyyən ediblər.

Gönen rayonunda yaşayan və Erdekdəki otellərdən birində təcrübə keçdiyi bildirilən Çetinkayanın meyiti ekspertiza üçün Bursa Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib.

Vakuum maşınının sürücüsü ifadə vermək üçün polis bölməsinə aparılıb. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az