logo
logo logo
logo

Robot savaşı başlayır? - ABŞ-nin qərarı Çinlə gərginlik yaratdı

15:23 - 30 İyul 2026

Robot savaşı başlayır? - ABŞ-nin qərarı Çinlə gərginlik yaratdı

Çinin Ticarət Nazirliyi ABŞ-nin digər ölkələrdə istehsal olunan insani robotları milli təhlükəsizlik riski kimi qiymətləndirməsinə reaksiya verib. Pekin bu qərarı Çinə qarşı "ayrı-seçkilik" kimi dəyərləndirib.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çin Ticarət Nazirliyinin sözçüsü ABŞ Federal Rabitə Komissiyasının (FCC) xarici ölkələrdə istehsal edilən insani robotları milli təhlükəsizlik riski siyahısına daxil etməsinə münasibət bildirib.

Nazirliyin nümayəndəsi ABŞ-ni bu qərardan dərhal geri çəkilməyə çağırıb. O qeyd edib ki, FCC-nin addımı Pekinin qanuni kommersiya maraqlarına ciddi zərər vurur, iki ölkə arasındakı iqtisadi münasibətlərin sabitliyini zəiflədir və qlobal sənaye ilə təchizat zəncirlərinin dayanıqlılığına mənfi təsir göstərir.

Çinli şirkətlərə və məhsullara qarşı "ayrı-seçkilik" adlandırılan bu qərarın qəbul edildiyini bildirən sözçü, Vaşinqtonun milli təhlükəsizlik anlayışını "həddindən artıq genişləndirdiyini" vurğulayıb.

O, ABŞ-nin bu istiqamətdə addımlarını davam etdirməsi halında Çinin qanuni hüquq və maraqlarını qorumaq üçün qəti tədbirlər görəcəyini qeyd edib.

ABŞ Federal Rabitə Komissiyası isə bir gün əvvəl yaydığı yazılı açıqlamada milli təhlükəsizlik üçün risk yaradan rabitə avadanlıqları siyahısının genişləndirildiyini açıqlayıb.

Bildirilib ki, ABŞ-də satışı və bazara çıxarılması üçün FCC təsdiqi verilməyəcək xarici mənşəli məhsullar siyahısına insansı və dördayaqlı modelləri əhatə edən qabaqcıl robot sistemləri, eləcə də rabitə şəbəkələrinə inteqrasiya olunan enerji çeviriciləri əlavə edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az