Türkiyəli müğənni İbrahim Tatlısəsin gəlini Yasemin Şəfqətli öz kosmetika brendini yaradaraq sahibkarlıq fəaliyyətinə başlayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2021-ci ildə İbrahim Tatlısəsin oğlu İdo Tatlısəslə ailə quran Yasemin Şəfqətli bu dəfə şəxsi həyatı ilə deyil, yeni biznes təşəbbüsü ilə gündəmə gəlib.
Sosial şəbəkələrdə fəal olan Şəfqətli uzun müddətdir üzərində çalışdığı kosmetika brendini istifadəyə verib. Onun təqdim etdiyi məhsul çeşidinə ətirlər, bədən spreyləri, günəşdən qoruyucu vasitələr və müxtəlif fərdi qulluq məhsulları daxildir.
Məhsullar qısa müddətdə alıcıların böyük marağı ilə qarşılanıb.
Yeni layihəsi üzərində aylarla işlədiyini bildirən Yasemin Şəfqətli göstərilən maraq və dəstəyə görə sevincini izləyiciləri ilə bölüşüb.
"Bu işə çox zəhmət sərf etmişəm. Kövrəlmişəm, baş verənlər mənə inanılmaz gəlir", – deyə o bildirib və gördüyü dəstəyin onun üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.