logo
logo logo
logo

Rusiya Ermənistandan kompensasiya tələb edə bilər 

23:56 - 30 İyul 2026

Rusiya Ermənistandan kompensasiya tələb edə bilər 

Rusiya Ermənistan Cənubi Qafqaz Dəmir Yolu (CQDY) ilə bağlı öhdəlikləri birtərəfli qaydada yenidən nəzərdən keçirəcəyi təqdirdə, kompensasiya tələb etmək hüququna malik olacaq.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib.

O vurğulayıb ki, CQDY (Cənubi Qafqaz Dəmir Yolu) "Rusiya şirkətinin pulsuz əldə etdiyi aktiv deyil", əksinə, 30 milyard rubldan çox investisiya yatırılmış bir müəssisədir. Bununla əlaqədar nazir Ermənistanın öz dəmir yollarının icarəsinə görə ödəniş tətbiq edə biləcəyi ilə bağlı açıqlamalarının əsassız olduğunu bildirib.

"CQDY Rusiya şirkətinin pulsuz aktivi deyil. Bu, artıq 30 milyard rubldan çox investisiya yatırdığımız, yeni hərəkət heyəti aldığımız və müqavilə öhdəlikləri əsasında infrastrukturu inkişaf etdirdiyimiz bir müəssisədir. Əgər bu öhdəliklər birtərəfli qaydada yenidən nəzərdən keçirilərsə və investorumuza zərər dəyərsə, biz həmin zərərin kompensasiyasını tələb etmək üçün əsaslara malik olacağıq. Belə bir vəziyyətdə Rusiyanın Ermənistana əlavə ödəniş etməli olması məsələsinin qaldırılması əsassızdır", – deyə Reşetnikov vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az