Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində kömür mədənində baş verən uçqun nəticəsində 6 şaxtaçı həlak olub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, əyalət administrasiyasının müfəttişi Qani Bəlucun verdiyi məlumata görə, Soranc bölgəsində yerləşən və "Sardar Usman Coal Company" tərəfindən istismar olunan özəl kömür mədənində metan qazının partlaması baş verib.
Partlayışdan sonra mədəndə uçqun baş verib. Nəticədə 6 şaxtaçı həyatını itirib, daha 42 nəfər isə mədənin altında köməksiz vəziyyətdə qalıb.
Bəlucistanın Mədən və Mineral Ehtiyatlar naziri Mir Şoaib Noşervani bildirib ki, hadisədən dərhal sonra ərazidə xilasetmə əməliyyatına başlanılıb.