Kanadanın Vinnipeq şəhərində yerləşən məscid silahlı hücuma məruz qalıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.
Hücumun baş verdiyi şəhərdə fəaliyyət göstərən "Rahma" İslam Mərkəzinin yaydığı yazılı açıqlamada bildirilib ki, insident ötən gecə baş verib.
Açıqlamaya əsasən, məscidin daxilində ibadət edənlər olduğu vaxt iki nəfər avtomobildən binaya doğru atəş açıb. Daha sonra onlar sərt əşyadan istifadə edərək məscidin pəncərələrini sındırıb və binaya ziyan vurublar.
Hadisə nəticəsində xəsarət alan olmasa da, polis faktla bağlı araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları insidenti ehtimal olunan nifrət zəminində törədilmiş cinayət kimi araşdırır.