Xarici İşlər Nazirliyi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış Məkkə Birgə Müdafiə sazişi çərçivəsində olan ilk iclasdan sonra bəyanat yayıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclası İstanbulda Xarici İşlər Naziri Hakan Fidan, Milli Müdafiə Naziri Yaşar Gülər və Baş Qərargah rəisi general Səlcuq Bayraktaroğlunun, həmçinin Pakistan və Səudiyyə Ərəbistanından olan rəsmilərin iştirakı ilə keçirilib.
Görüşdən sonra Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda aşağıdakılar qeyd olunub: "Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığının xarici işlər və müdafiə nazirləri, eləcə də Baş Qərargah rəisləri 31 avqust 2026-cı il tarixində İstanbulda, Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində yaradılmış Strateji Siyasi və Müdafiə Komitəsi çərçivəsində bir araya gəliblər."