Nepalda dağıdıcı daşqınların ölkənin şəhər və vadilərində yaratdığı ağır fəsadların aradan qaldırılması istiqamətində xilasetmə işləri davam edir. Xilasedicilər ucqar yaşayış məntəqələrinə çatmaq üçün müvəqqəti körpülər qurur və dağılan infrastrukturun bərpası üzərində çalışırlar.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, xilasetmə əməliyyatlarının əsas diqqət mərkəzində dağıntılara məruz qalmış su-elektrik stansiyaları dayanır. Hazırda həmin obyektlərdə təxminən 600 nəfərin köməksiz vəziyyətdə qaldığı bildirilir.
Nepalın Baş naziri Balendra Şahın sözlərinə görə, fəlakətdən zərər çəkən bölgələrdə indiyədək 11 mindən çox insan xilas edilib. O, həmçinin bəzi ərazilərdə elektrik enerjisi və rabitə xətlərinin bərpa olunduğunu açıqlayıb.
Qeyd edək ki, daşqınlar nəticəsində yüzlərlə yaşayış evi və infrastruktur obyektləri zərər görüb, xilasetmə və bərpa işlərinə isə Nepal ilə yanaşı, bir sıra xarici ölkələr də dəstək verir.