Siirtin Kurtalan rayonunda yolu keçmək istəyən əmioğluları avtomobil vurub. Hadisə nəticəsində Caner və Yahya Cangir həyatını itirib.
Manset.az türk mediasına istinadən xəbər verir ki, qəza dünən gecə Siirt-Batman magistral yolunun Çayırlı kəndi yaxınlığında baş verib.
Məlumata görə, sürücüsü və dövlət qeydiyyat nişanı hələlik müəyyən edilməyən avtomobil yolu keçməyə çalışan Caner və Yahya Cangiri vurub.
Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Həkimlər hər iki şəxsin öldüyünü müəyyən ediblər.
Onların meyitləri ekspertiza üçün Kurtalan Dövlət Xəstəxanasının morquna aparılıb. Daha sonra meyitlər dəfn olunmaq üçün ailələrinə təhvil verilib.