logo
logo logo
logo

Gölün ortasında hərəkət edən meşə - “Üzən ada” peyda oldu

17:05 - 01 Sentyabr 2026

Gölün ortasında hərəkət edən meşə - “Üzən ada” peyda oldu

Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən Uilliston gölündə ağaclar və sıx bitki örtüyü ilə örtülmüş nəhəng torpaq kütləsi müşahidə olunub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlcə sosial şəbəkələrdə yayılan görüntülərin həqiqiliyinə şübhə ilə yanaşılsa da, sonradan peyk məlumatları bu qeyri-adi obyektin mövcudluğunu təsdiqləyib.

Ekspertlər hesab edirlər ki, söhbət həqiqi adadan deyil, ağac kökləri, torpaq və bitki örtüyünün bir-birinə qarışaraq yaratdığı nəhəng üzən platformadan gedir. Ehtimallara görə, göldə su səviyyəsinin son 14 ilin ən yüksək həddinə çatması nəticəsində sahildəki torpaq və bitki qatı qoparaq suyun üzərinə çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az