ABŞ-ın dəstəklədiyi “North American Blue Energy Partners” (NABEP) şirkəti Venesuelada daha əvvəl Çin və Rusiya şirkətləri tərəfindən idarə olunan bir sıra neft yataqlarına nəzarəti ələ keçirəcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampın Venesuela ilə elan etdiyi genişmiqyaslı neft hasilatı sazişinin tərkib hissəsidir.
Məlumata görə, Venesuela hökuməti NABEP-ə 14 yeni neft müqaviləsi verib. Şirkətin ümumilikdə 17 neft layihəsinə nəzarət edəcəyi gözlənilir. Yeni müqavilələr çərçivəsində beş yataq daha əvvəl Çin şirkətləri, biri isə Rusiya şirkəti tərəfindən idarə olunub.
Layihələr arasında “Sinopec”, “China National Petroleum Corp.” və “China Concord Resources” tərəfindən işlədilən yataqlar da var.
Razılaşmaya əsasən, ABŞ hökuməti NABEP-də 35 faizlik pay əldə edəcək və şirkətin hasil etdiyi neftin 20 faizini maya dəyəri ilə almaq hüququna sahib olacaq. Vaşinqton həmçinin şirkətin digər hasilatının alınmasında üstünlük hüququ əldə edəcək.
ABŞ administrasiyası bu razılaşmanı Venesuelanın neft sənayesinin bərpası və ölkənin enerji ehtiyatlarına çıxışın genişləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir.