logo
logo logo
logo

Jurnalistləri daşıyan helikopter qəzaya düşdü - Ölən və yaralananlar var

12:19 - 16 Sentyabr 2026

Jurnalistləri daşıyan helikopter qəzaya düşdü - Ölən və yaralananlar var

ABŞ-nin Los-Anceles şəhərində baş verən avtobus qəzasını lentə almaq üçün hadisə yerinə gedən xəbər helikopteri hələlik dəqiq müəyyənləşdirilməyən səbəbdən qəzaya uğrayıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində azı 3 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

Helikopter iki konteynerin və bir avtomobilin üzərinə düşərək partlayıb.

Təcili yardım qrupları dərhal hadisə yerinə cəlb olunub. Lakin helikopterdəki 3 nəfərin həyatını xilas etmək mümkün olmayıb.

Los-Anceles polisi helikopterdə ümumilikdə neçə nəfərin olduğunu hələlik müəyyənləşdirə bilmədiklərini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az