logo
logo logo
logo

Belçika da "Avroviziya"dan imtina edə bilər

18:25 - 16 Sentyabr 2026

Belçika da \"Avroviziya\"dan imtina edə bilər

İsrailin Qəzzaya təcavüzü davam edərkən "Avroviziya"da iştirakı Avropanın ən böyük musiqi yarışmasını tarixinin ən ciddi siyasi böhranlarından birinə sürəkləyib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı ildə beş ölkə yarışmadan çəkildiyi halda, Avropa Yayımları Birliyi (EBU) səsvermə sistemini dəyişib. 2027-ci il üçün Niderland yenidən boykot qərarı alıb, Belçika isə İsrail məsələsində açıqlama tələb edərək qərarını təxirə salıb.

Belçikanın 2027-ci ildə yarışmada iştirakına cavabdeh olan Flamand yayımlayıcısı VRT İsrail səbəbindən qərar vermək üçün EBU-dan əlavə vaxt istəyib. VRT genişmiqyaslı hərbi münaqişədə iştirak edən ölkələrin "Avroviziya"ya hansı şərtlər daxilində qəbul edildiyinə aydınlıq gətirilməsini tələb edir. Təşkilat may ayında İsrail məsələsində birbaşa qərar qəbul edilməzsə, 2027-ci ildə yarışmaya təmsilçi göndərmək ehtimalının aşağı olduğunu açıqlamışdı.

İsrailin Qəzzaya qarşı hücumları davam edərkən "Avroviziya"nın 2024-cü ilin may ayında Malmödə keçirilən yarışması böyük etirazlara səhnə olub. Belçikada VRT əməkdaşları ikinci yarımfinalın yayımını kəsərək Qəzzadakı insan hüquqları və mətbuat azadlığı pozuntularına diqqət çəkən bəyanat nümayiş etdiriblər. İsrailin yarışmaya buraxılması ilə Rusiyanın 2022-ci ildə Ukraynanı işğal etməsindən sonra musiqi yarışmasından kənarlaşdırılması arasındakı ziddiyyət də müzakirələrin mərkəzində yer alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az