ABŞ-də keçirilən rəy sorğusu süni intellektlə bağlı təəccüblü faktı üzə çıxarıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmaya görə, əhalinin əksəriyyəti süni intellektin bir gün bütün bəşəriyyəti məhv edə biləcəyinə inanır.
Rəyi soruşulanların üçdə biri süni intellektin bəşəriyyəti məhv etmə riskinin "orta səviyyədə" olduğunu bildirib. İştirakçıların 17 faizi bu təhlükəni "demək olar ki, qaçılmaz", 20 faizi isə "ciddi dərəcədə yüksək" qiymətləndirib.
Sorğuda, həmçinin respondentlərin siyasi baxışlarına əsasən risk dəyərləndirməsi də təhlil edilib.
ABŞ-da 2024-cü ildə keçirilən seçkilərdə Demokratlar Partiyasının namizədi Kamala Harrisə səs verənlərin 70 faizi bu təhlükəni "orta səviyyədə" xarakterizə etdiyi halda, Tramp tərəfdarları arasında bu göstərici 60 faiz təşkil edib.