logo
logo logo
logo

Suriyada silah-sursat anbarında partlayışlar baş verdi 

10:47 - 21 Sentyabr 2026

Suriyada silah-sursat anbarında partlayışlar baş verdi 

Hələb vilayətinin cənubunda, Əl-Əys yaşayış məntəqəsi yaxınlığında Suriya ordusunun obyektlərindən birinin ərazisində yerləşən silah-sursat anbarında partlayışlar baş verib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Obyektdə əvvəlcə güclü, ardınca bir sıra digər partlayışlar qeydə alınıb. Yerli mənbələrin məlumatına görə, hadisə Suriyanın Müdafiə Nazirliyinə məxsus silah-sursat anbarında olub.

Davam edən partlayışlar xilasetmə və yanğınsöndürmə briqadalarının hadisə yerinə yaxınlaşmasına mane olur. Təhlükənin davam etməsi səbəbindən sakinlərə partlayışların baş verdiyi əraziyə yaxınlaşmamaq çağırışı edilib.

Hadisənin səbəbləri, eləcə də ölən və yaralananların sayı barədə hələlik məlumat daxil olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az