logo
logo logo
logo

"Müharibənin coğrafiyasını dəyişəcəyik" - İrandan Qərbə sərt xəbərdarlıq 

10:28 - 21 Sentyabr 2026

\"Müharibənin coğrafiyasını dəyişəcəyik\" - İrandan Qərbə sərt xəbərdarlıq 

İran İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Muhibbi ABŞ-nin İrana qarşı yeni bir hücum həyata keçirəcəyi təqdirdə, silah və müharibə coğrafiyasını dəyişəcəklərini bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, H.Muhibbi qatıldığı televiziya proqramında gündəmdəki məsələlərlə bağlı açıqlamalar verib.

ABŞ və İsrailin İrana qarşı yeni hücum ehtimalını qiymətləndirən H.Muhibbi bu fikirləri səsləndirib:

"Əgər yeni bir hücum olarsa, müdafiəmiz və hücumlarımız ciddi şəkildə dəyişəcək. Yeni bir hücum baş verərsə, silah və müharibənin coğrafiyasını dəyişəcəyik. Yeni imkanlarla təchiz olunmuş yeni silahları meydana çıxaracağıq və dünya təəccüb içində qalacaq. Məqsədimiz köhnə hədəflərimiz deyil. Hələ zərbə endirilməmiş yeni hədəflər müəyyənləşdirmişik".

İranın uzunmüddətli müharibəyə hazır olduğunu deyən H.Muhibbi əlavə edib: "Bizim fikrimizcə, müharibənin müxtəlif mərhələləri olur. Müharibə bitmir və davam edir. İnqilab Keşikçiləri Korpusu müharibəyə zatən hazır idi, indi daha çox hazırdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az