Sakaryanın Sapanca rayonunda 16 yaşlı B.İ. aralarında yaranan mübahisə zamanı anası İpək İpəki tapança ilə güllələyərək öldürüb, H.T.-ni isə ağır yaralayıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən sonra qaçan şübhəlinin saxlanılması üçün əməliyyat başladılıb.
Hadisə gecə saatlarında Qazipaşa məhəlləsində baş verib. B.İ. ilə anası, 34 yaşlı İpək İpək və yanlarındakı H.T. arasında hələki məlum olmayan səbəbdən mübahisə düşüb. Mübahisənin böyüməsi nəticəsində B.İ. anasına və H.T.-yə tapançadan atəş açıb.
Güllə yarası alan İpək İpək və H.T. ağır yaralanıblar. Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Yaralılar təcili yardım maşını ilə Sapanca Dövlət Xəstəxanasına çatdırılsalar da, həkimlərin səyinə baxmayaraq İpək İpəkin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı istintaq başladılıb, qaçan şübhəli B.İ.-nin yaxalanması istiqamətində axtarış tədbirləri sürdürülür.