Fransanın paytaxtı Parisdə minlərlə nümayişçi polis və jandarmaların silah tətbiq etmək səlahiyyətlərini yenidən tənzimləyən qanun layihəsinə etiraz olaraq yürüş keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, etiraz dalğası qısa zamanda ölkənin digər şəhərlərinə də yayılıb.
Parisdə Respublika Meydanına (Place de la République) toplaşan aksiya iştirakçıları Bastiliya Meydanına tərəf irəliləyiblər.
Yürüş zamanı nümayişçilər polis zorakılığına və yeni hüquqi tənzimləməyə qarşı kəskin şüarlar səsləndiriblər. Aksiyada daha çox "Öldürmək icazəsinə yox" və "Polis toxunulmazlığına yox" kimi şüarlar diqqət çəkib.