logo
logo logo
logo

Hörmüz yaxınlığında daha bir tanker hücuma məruz qaldı

20:16 - 21 Sentyabr 2026

Hörmüz yaxınlığında daha bir tanker hücuma məruz qaldı

Mayeləşdirilmiş neft qazı (LPG) daşıyan tanker Hörmüz boğazından çıxarkən mərmi zərbəsi nəticəsində zədələnib.


Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) X sosial şəbəkəsində məlumat yayıb.

Gəminin kapitanı tankerin naməlum mərmilərin qəlpələri ilə vurulduğunu bildirib. Bütün heyət üzvləri təhlükəsizlikdədir, ekoloji zərər qeydə alınmayıb.

Tanker növbəti təyinat məntəqəsinə doğru hərəkətini davam etdirəcək.

UKMTO gəmilərə bu marşrutdan keçərkən ehtiyatlı olmağı və hər hansı şübhəli fəaliyyət barədə idarəyə məlumat verməyi tövsiyə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az