İndoneziyadakı Yava dənizində sentyabrın 13-də batan sərnişin gəmisində həlak olanların sayı 26-ya yüksəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, itkin düşən 109 nəfərin axtarışları isə davam etdirilir.
İndoneziyanın Surabaya şəhərindən Bancarmasin şəhərinə doğru hərəkət edən "Virgo Transport 8" gəmisinin Yava dənizində aşması nəticəsində baş verən faciədə itkilərin sayı artır. Milli Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Şafii bildirib ki, çevrilərək batan sərnişin gəmisində can itkisi 26 nəfərə çatıb, 108 nəfər xilas edilib, 109 şəxs isə hələ də itkin düşmüş hesab olunur.
Ərazidə axtarış-xilasetmə tədbirləri aramsız olaraq davam etdirilir.