Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb.
Manset.az xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb.
Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasında 2, qonşu Alimbongo zonasında isə 4 yeni yoluxma halı qeydə alınıb.
Qruplaşma bildirib ki, yoluxanlarla təmasda olan şəxslərin müəyyən edilməsi və izlənilməsi üzrə işlər aparılır.
Daha əvvəl AFC/M23-ün nəzarətindəki ərazilərdə Ebola virusuna yoluxma hallarının olmadığı açıqlanmışdı, lakin sentyabrın əvvəlində Kaina zonasında yeni xəstəlik halı təsdiqlənib.
Konqonun şərqində Ebola epidemiyası mayın 15-də aşkarlanıb. Ölkə hökumətinin məlumatına görə, təsdiqlənmiş halların sayı 8,3 minə çatıb, 4 mindən çox insan həyatını itirib.