ABŞ Cənub Komandanlığı (SOUTHCOM) Karib dənizində zərbə endirildiyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, komandanlığın yaydığı məlumata görə, əməliyyat zamanı 4 narkotik terrorçusu öldürülüb.
SOUTHCOM-un açıqlamasında bildirilib ki, Qərb yarımkürəsi üzrə Birgə İşçi Qrupunun qüvvələri Karib dənizində narkotik kartelinə məxsus qayığa hücum həyata keçirib.
Qeyd olunub ki, əldə edilən kəşfiyyat məlumatları sözügedən qayığın narkotik vasitələrin qanunsuz daşınması fəaliyyətində fəal şəkildə istifadə edildiyini göstərib.
“Əməliyyat zamanı 4 narkotik terrorçusu öldürülüb”, – deyə açıqlamada bildirilib.