Litvanın Baş naziri Mindauqas Sinkevicius ABŞ ölkədə daimi hərbi baza yaratmağa razılıq verərsə, bununla bağlı xərcləri qarşılamağa hazır olduqlarını bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Litva Baş naziri Mindauqas Sinkevicius ABŞ Prezidenti Donald Trampın Litvanın ölkədə “daimi hərbi baza” yaradılması ilə bağlı təklifini nəzərdən keçirəcəyi barədə açıqlamasına münasibət bildirib.
Sinkevicius sosial şəbəkə hesabında Trampın çıxışını paylaşaraq deyib: “Bu, çəkindirmə və təhlükəsizlik təminatları baxımından son dərəcə mühüm addımdır. İndiyədək ABŞ qoşunları Litvada, əsasən, məhdud müddət ərzində və hər dəfə müddətin uzadılması barədə qərar qəbul edilməklə növbəli şəkildə yerləşdirilib. ABŞ-ın xüsusi nümayəndəsi Con Koulla görüşüm zamanı ABŞ-ın Litvada daimi baza yarada biləcəyini bildirdim. Bu fikrin ciddi şəkildə nəzərdən keçirilməsindən məmnunam. Müttəfiqlərimizin təhlükəsizliyimizə verdiyi töhfəni yüksək qiymətləndiririk”.
Sinkeviçius əlavə edib: “Tərəfdaşlarımızın etməli olduğu yeganə şey qoşunların daimi yerləşdirilməsi ilə bağlı siyasi qərar qəbul etməkdir. Litva isə bununla bağlı xərcləri qarşılamağa hazırdır”.