logo
logo logo
logo

Misirdə 45 milyon illik yeni kəşf aşkarlandı

16:56 - 08 Oktyabr 2026

Misirdə 45 milyon illik yeni kəşf aşkarlandı

Misirin Böyük Sfinks heykəlinin hazırlanmasında istifadə olunan süxurlarla eyni geoloji layda 45 milyon il əvvəl yaşamış naməlum timsah cinsi aşkarlanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, elmi dünyada böyük maraq doğuran bu kəşf son illərdə Qədim Misirdə üzə çıxarılan mühüm tapıntıları, o cümlədən, Xeops piramidasındakı gizli dəhlizin və itmiş firon məzarlarının axtarışı ilə bağlı araşdırmaları yenidən gündəmə gətirib.

Misirin paytaxtı Qahirə yaxınlığında təxminən bir əsr əvvəl aşkar edilmiş kəllə yeni araşdırmalar nəticəsində Herugavialis cairensis adlı ayrıca timsah cinsinə aid edilib. Sfinksin hazırlanmasında istifadə olunan süxurlarla eyni geoloji laydan əldə edilən fosilin burun hissəsi də məşhur heykəldə olduğu kimi çatışmır. Araşdırmanın nəticələri 2026-cı ilin oktyabrında dərc olunub.

2023-cü ilin martında beynəlxalq “ScanPyramids” layihəsi Gizada yerləşən və təxminən 4 500 il yaşı olan Xeops piramidasının şimal fasadında uzunluğu 9 metr olan gizli dəhliz aşkarlayıb. Xüsusi şüa skanları vasitəsilə əldə edilən məlumatlar və kiçik kamera ilə təsdiqlənən dəhlizin hansı məqsədlə inşa edildiyi hələ dəqiq müəyyənləşdirilməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az