logo
logo logo
logo

Ermənistanda polkovnik Şəki hadisəsinə görə vəzifədən çıxarıldı 

12:26 - 12 Oktyabr 2026

Ermənistanda polkovnik Şəki hadisəsinə görə vəzifədən çıxarıldı 

Ermənistan Prezidenti Vahan Xaçaturyan Arçvik Qriqoryanın Xüsusi Ordu Korpusunun komandir müavini vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, sərəncamda Baş nazirin təklifinin əsas götürüldüyü və qərarın Ermənistan Konstitusiyasının 133-cü maddəsinin 1-ci hissəsinə, eləcə də “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun 40-cı maddəsinin 3-cü hissəsinə uyğun qəbul edildiyi bildirilir.

Arçvik Qriqoryan bu vəzifəyə 2025-ci il oktyabrın 22-də təyin olunmuşdu.

Onun vəzifədən azad edilməsinin Sünik vilayətinin (Zəngəzur) Şəki kəndində baş verən insidentlə əlaqəli ola biləcəyi ehtimal edilir. Xatırladaq ki, oktyabrın əvvəlində Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev naməlim şəraitdə sərhədi keçərək Ermanistana adlayıb. O, Şəki kəndində saxlanılaraq İrəvana aparılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az