NASA-nın ilin ən gözəl meteor yağışlarından biri kimi xarakterizə etdiyi Orionid meteor yağışı oktyabrın 21-dən 22-nə keçən gecə ən intensiv mərhələsinə çatacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, oktyabrın 2-də başlayan və noyabrın 12-dək davam edəcəyi gözlənilən bu səma hadisəsi Halley kometasından qopan hissəciklərin saniyədə təxminən 66 kilometr sürətlə Yer atmosferinə daxil olması nəticəsində yaranır.
NASA meteor yağışını izləmək istəyənlərə şəhər işıqlarından uzaq, qaranlıq əraziləri seçməyi tövsiyə edir. Gözlərin qaranlığa uyğunlaşması üçün təxminən 30 dəqiqə gözləmək məsləhət görülür. Meteor yağışını müşahidə etmək üçün teleskop tələb olunmur.
Bununla belə, oktyabrın 26-da gözlənilən bədirlənmiş Ayın işığı daha zəif meteorların görünməsini çətinləşdirə bilər.