logo
logo logo
logo

Türkiyə ilə Qətər Hörmüz boğazını müzakirə etdi

22:37 - 25 Oktyabr 2026

Türkiyə ilə Qətər Hörmüz boğazını müzakirə etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin Baş naziri, xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Al Tani arasında telefon danışığı olub.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli münasibətlərlə yanaşı, Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini və diplomatik danışıqların perspektivlərini müzakirə ediblər.

Görüşdə xüsusilə regionda gərginliyin azaldılması, dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması və davamlı sülh razılaşmasının əldə edilməsi məsələləri diqqət mərkəzində olub.

Qətər rəsmisi ölkəsinin dənizdə sərbəst hərəkəti təmin edəcək və regionda uzunmüddətli sabitliyə şərait yaradacaq diplomatik təşəbbüsləri dəstəklədiyini vurğulayıb.

Danışıqlar ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir dövrə təsadüf edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az