logo
logo logo
logo

Tayvan sahillərində güclü zəlzələ oldu

17:54 - 01 Noyabr 2026

Tayvan sahillərində güclü zəlzələ oldu

Tayvanın şimal-şərq sahillərində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.


    Manset.az xəbər verir ki, bu barədə Tavan Mərkəzi Meteorologiya İdarəsi (CWA) məlumat yayıb.

    Yeraltı təkanların episentri dənizdə, İlan şəhərindən 39,4 kilometr şərqdə yerləşib. Ən güclü təkanlar İlan və Hualyan rayonlarının bir neçə ərazisində hiss olunub.

    Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat daxil olmayıb.

    Son günlər Tayvanın şərqində qeydə alınan ilk yeraltı təkanlar bunlar deyil. Oktyabrın 24-nə keçən gecə həmin ərazidə 10 dəqiqə fasilə ilə 5,0 və 4,8 maqnitudalı iki zəlzələ baş verib.

    Həmin zəlzələlərin episentrləri dənizdə, Hualyan şəhərindən müvafiq olaraq 31,2 və 30,4 kilometr şərqdə yerləşib, dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az