logo
logo logo
logo

Üçtərəfli görüşlərin yeri və tarixi bəlli oldu

11:30 - 03 Noyabr 2026

Üçtərəfli görüşlərin yeri və tarixi bəlli oldu

ABŞ-ın 10-11 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna ilə Rusiya arasında işçi səviyyəsində keçiriləcək müzakirələrə vasitəçilik edəcəyi bildirilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkof (Steve Witkoff) mərkəzi ABŞ-da yerləşən "X" sosial media platformasındakı hesabından məsələ ilə bağlı açıqlama verib.

Ölkəsinin vasitəçiliyi ilə noyabrın 10-11-də BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya ilə Ukrayna arasında işçi səviyyəsində görüşlərin keçiriləcəyini diqqətə çatdıran Vitkof görüşlərin müharibədən sonrakı təhlükəsizlik tənzimləmələrinə, gərginliyin azaldılmasına, humanitar yardım işlərinə və sülh istiqamətində atılacaq növbəti addımlara odaklanacağını (fokuslanacağını) qeyd edib.

Vitkof ABŞ-lı müzakirəçilərin bu həftə Belçikanın paytaxtı Brüsseldə Fransa, Almaniya, Böyük Britaniya, Avropa İttifaqı (Aİ) və NATO nümayəndələri ilə bir araya gələrək Ukraynaya yönəlik təhlükəsizlik zəmanətlərini, Avropanın müharibədən sonrakı təhlükəsizlik memarlığını və Ukraynanın yenidən qurulmasını dəstəkləyəcək iqtisadi imkanları müzakirə edəcəyini vurğulayıb.

O, gələcək nəsillər üçün davamlı təhlükəsizlik təmin edəcək hərtərəfli sülh sazişinə istiqamətli olaraq Kiyev, Oslo və Sankt-Peterburqda əldə olunan irəliləyişin üzərinə yeni addımlar atmağı gözlədiklərini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az