Hindistanın şimalındakı Himalay dağlarında yürüyüşə çıxan 7 alpinist və 1 bələdçidən ibarət 8 nəfərlik heyət itkin düşüb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, güclü qar yağan və çöküntü (uçqun) baş verən ərazidə xəbər alına bilməyən qrupu tapmaq üçün axtarış-xilasetmə tədbirləri başlanılıb. Xilasedicilər bölgədə çadır və şəxsi əşyalar aşkar etsələr də, itkin düşən alpinistlərdən hələlik heç bir iz yoxdur.
"Press Trust of India" (PTI) agentliyinin məlumatına görə, alpinist qrupu oktyabrın 27-də Uttaraqxand ştatının sərhədləri daxilində yerləşən Kedartal bölgəsində 3 günlük dırmanış üçün yola düşüb.
Bölgədə güclü qar yağışı ilə müşayiət olunan şəraitdə oktyabrın 29-da uçqun baş verib və Himalaya bölgəsindəki 7 nəfər ilə bir bələdçidən xəbər almaq mümkün olmayıb.
Səlahiyyətlilər oktyabrın 29-dan etibarən əlaqənin kəsildiyi qrupa çatmaq üçün 10 nəfərlik axtarış-xilasetmə dəstəsinin əraziyə göndərildiyini bildiriblər.