logo
logo logo
logo

Demokratlar Konqresdə üstünlüyü ələ keçirdi - Trampı çətin iki il gözləyir   

13:37 - 04 Noyabr 2026

Demokratlar Konqresdə üstünlüyü ələ keçirdi - Trampı çətin iki il gözləyir   

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu ələ keçirməsi Prezident Donald Tramp üçün yeni siyasi mübarizə mərhələsinin başlanğıcı olub.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, büdcə müzakirələrindən İranla müharibəyə, yüksək vəzifələrə təyinatlardan mümkün impiçment prosesinə qədər bir sıra məsələlərdə manevr imkanları məhdudlaşacaq Trampı prezidentlik müddətinin qalan iki ilində Konqreslə ciddi qarşıdurma gözləyir.

ABŞ-da keçirilən Konqresə aralıq seçkilərdə Demokratlar Partiyasının həm Senatda, həm də Nümayəndələr Palatasında çoxluğu qazanması Prezident Donald Trampın ikinci prezidentlik müddətinin qalan iki ilində ölkənin daxili və xarici siyasətində qüvvələr nisbətini əhəmiyyətli dərəcədə dəyişəcək.

2024-cü il prezident seçkilərində yenidən Ağ Evə qayıdan Trampın ikinci prezidentlik müddətinin ilk iki ilində Konqresin hər iki palatasında Respublikaçılar Partiyası üstünlüyə malik olub. Aralıq seçkilərin nəticələri ilə Vaşinqtonda yeni siyasi mərhələnin əsası qoyulur.

Respublikaçıların Konqresin hər iki palatasında çoxluğu itirməsi Tramp administrasiyasının, xüsusilə iqtisadiyyat, miqrasiya və xarici siyasət sahələrində həyata keçirdiyi siyasətdən seçicilərin narazılığının açıq göstəricisi kimi qiymətləndirilir.

Demokratların Konqres üzərində nəzarəti ələ keçirməsi Trampın prezident səlahiyyətlərini aradan qaldırmasa da, bütün qanunvericilik və büdcə təşəbbüsləri ilə bağlı Ağ Evin daha ciddi Konqres nəzarəti ilə üzləşəcəyi deməkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az