logo
logo logo
logo

Türkiyədə ağır yol qəzası - 2 ölü, 3 yaralı

13:46 - 04 Noyabr 2026

Türkiyədə ağır yol qəzası - 2 ölü, 3 yaralı

Türkiyənin Muş vilayətində döngəni dönərkən aşan pikapın iştirakı ilə qəza baş verib.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, sürücüsünün kimliyi hələlik məlum olmayan 48 UU 358 dövlət nömrə nişanlı pikap Batman şəhərindən Muş istiqamətində hərəkətdə olarkən Kızılağaç qəsəbəsinin Kurtuluş ərazisində döngəni dönə bilməyərək aşıb.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) və jandarm qüvvələri cəlb edilib.

Qəza nəticəsində avtomobildə olan 2 nəfər hadisə yerində həyatını itirib.

Ağır xəsarət alan 3 nəfər isə təcili tibbi yardım briqadaları tərəfindən Muş Dövlət Xəstəxanasına çatdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az