logo
logo logo
logo

İordaniyada polis əməkdaşlarına bıçaqlı hücum - 1 polis həlak oldu, 1-i yaralandı  

16:51 - 05 Noyabr 2026

İordaniyada polis əməkdaşlarına bıçaqlı hücum - 1 polis həlak oldu, 1-i yaralandı  

İordaniyada təhlükəsizlik qüvvələrinin əməkdaşlarına kəsici alətlə hücum edilib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində bir polis əməkdaşı həyatını itirib, digəri isə yaralanıb. Hücum edən şəxsi zərərsizləşdirməyə çalışarkən yaralanan polis əməkdaşının həlak olan həmkarına məxsus silahın hücumçunun əlinə keçməsinin qarşısını aldığı bildirilir.

Amman Polis İdarəsinin yaydığı yazılı açıqlamada paytaxt Ammanda təhlükəsizlik qüvvələrinin əməkdaşlarına kəsici alətlə hücum edildiyi qeyd olunub. Hücum nəticəsində bir polis əməkdaşının öldüyü, digərinin isə yaralandığı bildirilib. Hadisə ilə bağlı araşdırmaya başlanılıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az