Fransada məktəb avtobusunun iştirakı ilə qəza baş verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəzada 2 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 16 nəfər yaralanıb.
Verilən açıqlamada Lent qəsəbəsi yaxınlığında məktəb avtobusunun hələ ki müəyyənləşdirilməmiş səbəbdən qəza törətdiyi bildirilib. Açıqlamada təcili yardım briqadaları və hüquq-mühafizə orqanlarının əməkdaşlarının dərhal əraziyə cəlb edildiyi vurğulanaraq vətəndaşlardan qəza baş verən bölgədən uzaq durmaları xahiş olunub.