logo
logo logo
logo

Ərdoğan Şahbaz Şərifi qəbul etdi

16:44 - 12 Noyabr 2026

Ərdoğan Şahbaz Şərifi qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşüb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən COP31 tədbiri çərçivəsində Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.

COP31 Liderlər Zirvəsində iştirak etmək üçün Antalyada olan Şahbaz Şəriflə görüşdə Türkiyə-Pakistan münasibətləri, eləcə də regional və qlobal proseslər müzakirə olunub.

Ərdoğan görüş zamanı Məkkə Müdafiə İttifaqının Türkiyə ilə Pakistan arasında həmrəyliyi daha da gücləndirdiyini bildirib. O, İranda davam edən silahlı qarşıdurmanın dayandırılması istiqamətindəki səylərə birgə töhfə verməyə davam edəcəklərini vurğulayıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az