logo
logo logo
logo

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar

16:47 - 16 Noyabr 2026

Avropa İttifaqından Rusiyaya qarşı yeni sanksiyalar

Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı müharibəni maliyyələşdirməsinə töhfə verdikləri əsas gətirilərək 12 fiziki şəxsə və 101 quruma qarşı sanksiyaların tətbiqi barədə qərar qəbul edib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Aİ Şurası Rusiyanın Ukraynada mülki infrastruktura yönəlmiş hücumları ilə əlaqədar hazırlanan əlavə məhdudlaşdırıcı tədbirlərin üzv ölkələr tərəfindən qəbul edildiyini açıqlayıb.

Bildirilib ki, sanksiya siyahısına 50-yə yaxın bank və maliyyə qurumu əlavə edilib. Rusiya bank sektoruna qarşı məhdudiyyətlərin genişləndirilməsində məqsəd dövlət gəlirlərinin köçürülməsini və müharibənin maliyyələşdirilməsini təmin edən maliyyə kanallarını bağlamaqdır.

Açıqlamada Rusiyanın elektron ticarət sektorunun da sanksiyaların hədəfinə çevrildiyi, ölkənin neft və enerji sektorunda fəaliyyət göstərən əlavə şirkətlərin və iş adamlarının da məhdudiyyətlərə məruz qaldığı qeyd olunub.

Həmçinin bildirilib ki, sanksiya siyahısına daxil edilən şirkətlər neft emalı zavodlarını və Sankt-Peterburq Neft Terminalını idarə edir, eləcə də neft kəşfiyyatı və hasilatı ilə məşğul olurlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az