logo
logo logo
logo

Los-Anceles sahillərində güclü zəlzələ oldu

22:53 - 28 Noyabr 2026

Los-Anceles sahillərində güclü zəlzələ oldu

Los-Anceles sahillərində 5,0 maqnitudalı zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

İlkin məlumatlara görə, zəlzələ səhər saatlarında Manhetten-Biç şəhərinin sahilindən təxminən 10 kilometr aralıda qeydə alınıb. Zəlzələnin ocağı təxminən 9 kilometr dərinlikdə yerləşib.

Əsas təkanın ardınca 3,0 və 2,5 maqnitudalı ən azı iki afterşok qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.

Los-Anceles Yanğından Mühafizə Xidməti yüksək hazırlıq rejimi elan edib və şəhərin quru, hava və dəniz yolu ilə yoxlanılması üçün əlavə qüvvələr cəlb edib. Mütəxəssislər kritik infrastrukturun və xüsusilə həssas ərazilərin vəziyyətini yoxlayırlar.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az