logo
logo logo
logo

Netanyahu baş nazir postunu ona verməyə razılaşdı

22:32 - 28 Noyabr 2026

Netanyahu baş nazir postunu ona verməyə razılaşdı

İsrailin Baş naziri Benyamin Netanyahu milli birlik hökumətinin yaradılması məqsədilə rotasiyanın ilk mərhələsində vəzifəsini "Yaşar" partiyasının sədri Qadi Ayzenkota verməyə hazır olduğunu bildirib.


Manset.az Ynet-ə istinadən xəbər verir ki, Netanyahu özü isə müddətin əvvəlində Baş nazirin müavini vəzifəsini tutmağa hazırdır.

Onun sözlərinə görə, təhlükəsizlik təhdidləri fonunda o, hətta Baş nazirin ən böyük partiyanın lideri olması prinsipindən də imtina etməyə hazırdır.

"Ekzistensial təhlükənin miqyasını nəzərə alaraq, lider kimi məsuliyyətim məndən hər şeyi bir kənara qoymağı və Qadi Ayzenkotun əvvəlcə Baş nazir vəzifəsini tutması, mənim isə müddətin əvvəlində onun müavini olmağı qəbul etməyimi tələb edir", – Netanyahu qeyd edib.

O, Ayzenkotu dərhal ciddi danışıqlara başlamağa çağırıb və hər iki tərəfin İsrailin təhlükəsizliyini və gələcəyini təmin edə biləcək milli birlik hökumətinin yaradılması naminə kompromislərə hazır olacağına ümid etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az