logo
logo logo
logo

Rusiya Kiyevə dronlarla hücum etdi - Ölən və yaralılar var 

21:33 - 28 Noyabr 2026

Rusiya Kiyevə dronlarla hücum etdi - Ölən və yaralılar var 

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücum edib.


    Manset.az Unian-a istinadən xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası teleqram kanalında məlumat yayıb.

    Bildirilib ki, hücum nəticəsində bir qadın ölüb, aralarında azyaşlının da olduğu bir neçə nəfər xəsarət alıb.

    Kiyevin Şevçenkovski rayonunda avtomobil yanıb, dronların qalıqları uşaq bağçasının ərazisinə düşüb. Uşaq bağçasının və yaxınlıqdakı beşmərtəbəli yaşayış binasının pəncərələrinin şüşələri sınıb.

    Solomenski rayonunda isə inzibati binaya ziyan dəyib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az