Koronavirusa yoluxan Ermənistan Baş naziri Nikol Paşinyanın karantin müddəti bitib.
Manşet.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin aparatı məlumat yayıb.
Paşinyanın izolyasiyadan çıxdığı və kabinetinə döndüyü bildirilib.
Xatırladaq ki, Paşinyanın koronavirusa yoluxması barədə məlumat yanvarın 26-da açıqlanmışdı.