Gürcüstanın qərbində, beynəlxalq dərəcəli avtomagistralın Xaşuri-Surami hissəsində ağır yol qəzası baş verib.
Manset.az “Sputnik Gürcüstan”a isitnadən xəbər verir ki, qəza nəticəsində 18 nəfər müxtəlif dərəcəli, ağır bədən xəsarətləri alıb. Onlardan 3-nünü vəziyyəti ağırdır.
Zuqduqidən Tbilisiyə gələn avtobus idarəetməni itirərək yolun kənarındakı çökəkliyə düşüb.
Hadisə ilə bağlı istintaq qrupu yaradılıb, araşdırma aparılır.