Qazaxıstanın keçmiş müdafiə naziri saxlanıldı

08:58 - 21 Fevral 2022

Qazaxıstanın keçmiş müdafiə naziri saxlanıldı

Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.

 

Manset.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb, istintaq başlayıb. O, müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az