“BMT Rusiyanın Ukraynanın şərqinə hərbi qüvvələr göndərmək qərarına görə təəssüflənir”.
Manset.az xəbər verir ki, bunu BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo deyib.
O, qeyd edib ki, Rusiyanın qondarma Donetsk və Luqansk “xalq respublikaları”nı tanıması qərarının həm regional, həm də qlobal fəsadları ola bilər.
“Biz regional və qlobal fəsadlara gətirib çıxaran bu qərara görə çox təəssüflənirik”, - Rozmari Di Karlo Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında deyib.
“Biz həm də Rusiya qoşunlarının guya “sülhməramlı missiya”nın bir hissəsi kimi Ukraynanın şərqinə yerləşdirilməsi ilə bağlı bugünkü fərmana görə təəssüflənirik”, - BMT Baş katibinin müavini əlavə edib.
Qeyd edək ki, hazırda BMT Təhlükəsizlik Şurası Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş iclas keçirir.