"Rusiya Federasiyasının qondarma Donetsk və Luqansk “respublika”larını tanıması haqqında verdiyi qərar, həm Minsk müqaviləsinin şərtlərinə ziddir, həm də Ukraynanın siyasi birliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükədir".
Manset.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Rusiyanın Ukraynanın ərazi bütövlüyünə qarşı zor tətbiqi qəbuledilməzdir:
"Bu mənada Ukraynanın ərazi bütünlüyünü dəstəkləyir, bütün tərəfləri beynəlxalq hüquqa hörmət etməyə çağırırıq".