“Rusiya ABŞ-la danışıqlara hazırdır” - Zaxarova

12:09 - 22 Fevral 2022

“Rusiya ABŞ-la danışıqlara hazırdır” - Zaxarova

“Moskva əvvəl olduğu kimi Vaşinqtonla danışıqlara hazırdır. Rusiyanın Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıması barədə qərarı onun dialoqa hazırlığına təsir etmir”.

 

Manset.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Соловьев Live” yutub kanalının efirində deyib.

O bildirib ki, Rusiya, hətta ən çətin anlarda belə danışıqlar prosesinə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin fevralın 21-də Ukraynanın şərqindəki “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nın tanınmasına dair fərman imzalayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az