ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət Başçısı Si Cinpinin sentyabrın 24-də Vaşinqtonda keçiriləcək görüşündə ticarət müharibəsinin ən strateji istiqamətlərindən biri kimi nadir torpaq elementləri müzakirə olunacaq.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çinin hasilat və emal zəncirindəki üstünlüyü Birləşmiş Ştatları kritik minerallar məsələsində Pekindən asılı vəziyyətə saldığı üçün Vaşinqton Çindən tədarükün önünün açılmasını tələb edir.
ABŞ ilə Çin arasındakı ticarət müharibəsində yeni danışıqlar masası qurulur.
Məsələ ilə bağlı ABŞ Xəzinədarlıq Naziri Skott Bessent və Çin Baş nazirinin müavini He Lifeng sentyabrın 20-də Nyu-Yorkda bir araya gəliblər.