logo
logo logo
logo

Dünya bu görüşü gözləyir - Tramp və Si Cinpin eyni masada

12:20 - 21 Sentyabr 2026

Dünya bu görüşü gözləyir - Tramp və Si Cinpin eyni masada

ABŞ Prezidenti Donald Tramp ilə Çin Dövlət Başçısı Si Cinpinin sentyabrın 24-də Vaşinqtonda keçiriləcək görüşündə ticarət müharibəsinin ən strateji istiqamətlərindən biri kimi nadir torpaq elementləri müzakirə olunacaq.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çinin hasilat və emal zəncirindəki üstünlüyü Birləşmiş Ştatları kritik minerallar məsələsində Pekindən asılı vəziyyətə saldığı üçün Vaşinqton Çindən tədarükün önünün açılmasını tələb edir.

ABŞ ilə Çin arasındakı ticarət müharibəsində yeni danışıqlar masası qurulur. Lakin bu dəfə gündəmdəki ən mühüm resurs neft və ya kənd təsərrüfatı məhsulları deyil, məhz nadir torpaq elementləridir. Donald Tramp və Si Cinpinin sentyabrın 24-nə planlaşdırılan görüşünə hazırlıqlar sürətlə davam edərkən kritik minerallar və nadir torpaq elementlərinin ticarəti yenidən diqqət mərkəzinə gəlib.

Məsələ ilə bağlı ABŞ Xəzinədarlıq Naziri Skott Bessent və Çin Baş nazirinin müavini He Lifeng sentyabrın 20-də Nyu-Yorkda bir araya gəliblər. Görüşdə nadir torpaq elementləri, kritik minerallar, ticarət və süni intellekt kimi strateji mövzular müzakirə olunub. Qeyd olunan danışıqlar birbaşa Tramp-Si sammitinə zəmin yaratmaq məqsədi daşıyıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az